Ukraynada rusiyalı polkovniklər öldürülüblər

Dünya


Rusiya ordusunun 4-cü motoatıcı briqadasının komandiri, polkovnik Vyaçeslav Makarov Ukraynanın Donetsk vilayətində gedən döyüşlər zamanı həlak olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, briqada komandiri döyüş meydanından təxliyə zamanı ağır yaralanıb və dünyasını dəyişib.

Konaşenkov şəxsi heyət üzrə işlərə rəhbərlik edən ordu korpusu komandirinin hərbi-siyasi işlər üzrə müavini polkovnik Yevgeni Brovkonun da ölümü barədə məlumat verib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir