Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Londona səfər edib.
Zelenski bu barədə öz “Telegram” kanalında məlumat verib.
Səfər çərçivəsində Zelenskinin Britaniya Baş naziri Rişi Sunakla görüşü və təkbətək danışıqlar aparması planlaşdırılır. Həmçinin nümayəndə heyətləri ilə də görüş nəzərdə tutulur.
“Bizim imkanlarımızın yerdə və göydə genişləndirilməsindən danışsaq, Böyük Britaniya liderdir. Bu gün bu əməkdaşlıq davam etdiriləcək”, – deyə o qeyd edib.
Prezident Ofisinin rəhbəri Andrey Yermakın sözlərinə görə, onlar Ukraynanın müdafiəsinin gücləndirilməsi və NATO-da hərəkata dəstək verilməsi üzərində çalışacaqlar.
Mənbə: NV.ua
www.102info.az