Astarada aramsız yağışlar fəsadlar törədib: Kənd yolu dağılıb, bəzi evlər təhlükə altına düşüb – FOTO

Cəmiyyət


Astara rayonunda yağan aramsız yağışlar bir sıra fəsadlar törədib.

“Report”un Cənub bürosunun məlumatına görə, leysan yağışları nəticəsində Səncərədi kəndi ərazisindəki körpü qəzalı vəziyyətə düşüb.

Pensərçayın daşması nəticəsində sel suları əkin sahələrinə dolub. Eləcə də meyvə bağlarına ciddi ziyan dəyib.

Bununla yanaşı kənd yolunun bir hissəsi sel suları səbəbindən dağılıb. Təxminən, 10 ev üçün təhlükə yaranıb.

Ümumilikdə, cənub bölgəsində yağan intensiv yağışlar çaylarda səviyyəni artırıb.

Rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir