“WhatsApp” şəxsi yazışmaları parol və ya biometrik məlumatlarla qorumağa imkan verən “bağlanan söhbət” funksiyasını təqdim edib.
Yenilik barədə mesencerin rəsmi bloqunda məlumat verilir.
Funksiya dialoqları əsas ekrandan ayrıca qovluğa köçürməyə imkan verir. Onu açmaq üçün parol və ya barmaq izi kimi biometrik məlumatlar tələb olunur.
Bundan əlavə, şəxsi söhbətlərdən gələn mesajların məzmunu avtomatik olaraq bildirişlərdə gizlənəcək.
Söhbəti bağlamaq üçün yazışmada həmsöhbətin və ya qrupun adının üzərinə vurmalı, sonra istənilən seçim edilməlidir.
Şəxsi söhbətləri ekranda görünən etmək üçün barmağınızı onun üzərində yavaş-yavaş sürüşdürməli, parol və ya biometrik məlumat daxil etməlisiniz.
“Biz düşünürük ki, bu funksiya hansısa səbəbdən telefonu sevdiyiniz insana və ya hər hansı digər şəxsə təhvil verdiyiniz, elə həmin anda çox şəxsi mesaj aldığınız hallarda faydalı olacaq”, – deyə “WhatsApp” komandası bildirib.
Funksiya artıq bir sıra istifadəçilər üçün əlçatandır.
Mənbə: RBK
www.RIA24.az