Nazir bağça müəllimləri barədə: “Niyyətimiz hansısa müəllimin maaşını kəsmək deyil”

Cəmiyyət


“5881 nəfər tərbiyəçi-müəllimin məktəbəqədər təhsil sahəsi üzrə ali və orta ixtisas təhsilli yoxdur”.

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi  brifinqdə bildirib.

Nazir bildirib ki, tərbiyəçi müəllimlərin əməkhaqlarının diplomlara uyğunlaşdırılması həyata keçirilir:

“İxtisasartırma və yenidən hazırlanmaq nəzərə alınmaqla əməkhaqqı artımına baxıla bilər. Əgər qanunvericiliyə dəyişiklik təsdiqlənsə, bağçalarda çalışan 17 mindən çox pedaqoji heyətin sertifikasiyadan keçməsi nəzərdə tutulur”.

O qeyd edib ki, hazırda məktəbəqədər təhsil sahəsində kütləvi ixtisarlarla bağlı plan yoxdur:

“Bizim niyyətimiz hansısa müəllimin maaşını kəsmək deyil”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir