“Azərbaycan tərəfinin hesablamalarına görə, ərazimizdə 10 minə qədər erməni hərbçisi var, bu isə Üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır”.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan süjetdə məlumat verilir.
Bildirilir ki, Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinin, tərkibində Ermənistan vətəndaşlarının da olduğu hərbiləşdirilmiş dəstələrlə birlikdə Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisində qeyri-qanuni qalmaqda davam etməsiylə bağlı dəfələrlə bəyan edib.
“Redaksiyamıza daxil olan və Ermənistan hərbçilərinin Xocalıda hərbi poliqonda döyüş atışları həyata keçirdiyini təsdiqləyən yeni görüntüləri abunəçilərin diqqətinə təqdim edirik”, – deyə kanaldan bildirilib.
Ətraflı süjetdə:
www.RIA24.az