Qax rayon sakini pomidor turşusundan zəhərlənib.
Oxu.Az-ın məlumatına görə, rayonun 56 yaşlı sakini Nailə Saliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.
İlkin müayinənin nəticəsinə görə onun evdə hazırladığı pomidor turşusundan zəhərləndiyi bildirilir. Hazırda vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət
www.102info.az