Dövlət Gömrük Komitəsinin üç idarəsinə yeni rəislər təyin ediliblər.
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Komitə sədri, general-leytenant Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, qurumun Avtomobil Nəqliyyatı İdarəsinə polkovnik Eldar Mülküm oğlu Bədəlov, Əməliyyat və İstintaq Baş İdarəsinə polkovnik Orxan Eldar oğlu Nuriyev, Növbətçi Hissələrin İdarəedilməsi Xidmətinə polkovnik-leytenant Namiq Oktay oğlu Bağırlı rəis təyin olunub.
Qeyd edək ki, Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi Məsum Rəsulov həbs olunmuşdu.
www.102info.az