Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Eyn ül-Ərəb (Kobani) bölgəsində PKK/YPG terrorçularının Suriya qanadının yaraqlılarının maliyyələşdirilməsinə cavabdeh olan terrorçu Tuba Karakoçu zərərsizləşdirib.
Bu barədə Ankaradakı təhlükəsizlik xidmətlərindəki mənbə xəbər verib.
Bildirilir ki, 2013-cü ildən terrorçu “Zin Kobani/Cudi Egid/Sorxwin” kod adlı Türkiyə, İraq və Suriyada terror fəaliyyətlərində iştirak edib.
Karakoç terrorçuların ehtiyacları üçün vəsait çatdırmağa görə tez-tez Suriyadan İraqa səfərlər edib.
Türkiyə kəşfiyyatı Karakoçun yerini müəyyən etməyə və dəqiq zərbə ilə terrorçunu məhv etməyə nail olub. Terrorçunun zərərsizləşdirilməsi əməliyyatı Kobaninin Sırrin (Eyn-İsa) rayonunda həyata keçirilib.

Mənbə: “Anadolu” Agentliyi
www.102info.az