Bosniya və Herseqovinada yüzlərlə ev və iş yeri sel suları altında qalıb – FOTO

Dünya


Bosniya və Herseqovinada mayın 14-də başlayan güclü yağışlar nəticəsində yüzlərlə ev və iş yeri su altında qalıb.

Şimal-Qərb bölgəsindəki çayların su səviyyəsinin yüksəlməyə davam etdiyi və bütün şəhərlərində təbii fəlakət elan ediləcəyi bildirilib.

Yüzlərlə ev və iş yeri, yollar, əkin sahələri su altında qalıb.

Una və Sana çaylarında suyun səviyyəsinin kritik həddə çatıb.

Mayın 14-də Bosniya və Herseqovina və Xorvatiyada güclü yağış başlayıb.

Xorvatiyada leysan yağışlar nəticəsində daşqınlar baş verib, Zadar bölgəsində bir çox yollar su altında qalıb.

Mənbə: Anadolu

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir