“Google” uzun müddət istifadə olunmayan hesabları ləğv edəcək.
Bu barədə şirkətin vitse-prezidenti Rut Kriçeli xəbərdarlıq edib.
Onun sözlərinə görə, “Google” hesabı ən azı iki il istifadə olunmasa, istifadəçinin hesabı və məzmunu, o cümlədən “Google Workspace” (“Gmail”, “Docs”, “Drive”, “Meet”, “Calendar”), “YouTube” və “Google Photo” silinəcək.
O da vurğulanıb ki, yeni siyasət yalnız şəxsi hesablara təsir edəcək, məktəblərin və müxtəlif təşkilatların hesabları bu dəyişikliklərə məruz qalmayacaq.
Məlumata görə, aktiv olmayan hesablar 2023-cü ilin dekabr ayından etibarən silinəcək, bundan əvvəl isə hesab sahiblərinə bildirişlər göndəriləcək.
Mənbə: TASS
www.RIA24.az