Azərbaycan və Türkmənistan arasında imzalanan sənəd ratifikasiya edildi

Siyasət

Milli Məclisin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiqlənməsi məsələsi müzakirəyə çıxarılıb. 

Oxu.Az-ın xəbərinə görə, qanun layihəsi səsverməyə qoyulub və qəbul edilib. 

Sənəd yanvarın 21-də  Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş zamanı imzalanıb. 

Sənədə Aşqabadda Azərbaycan və Türkmənistan xarici işlər nazirləri imza atıb. 

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir