Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, VAZ-2106 markalı minik avtomobilinin maneyə çırpılması nəticəsində ən azı 3 nəfər xəsarət alıb. Bunlar 1987-ci il təvəllüdlü Zaur Əliyev, 1953-cü il təvəllüdlü Məmməd Məmmədov və 1957-ci il təvəllüdlü Töhfə Məmmədovadır.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.







www.102info.az