Bakıda iki maşın toqquşub, xəsarət alan var – FOTO

Cəmiyyət


Bakının Nəsimi rayonunda avtomobil qəzası baş verib.

APA xəbər verir ki, yol-nəqliyyat hadisəsi Asif Məhərrəmov küçəsində qeydə alınıb.

Belə ki, Ziya Bünyadov prospektindən Asif Məhərrəmov küçəsinə daxil olmaq istəyən “Hyundai” markalı avtomobilin sürücüsü 1987-ci il təvəllüdlü Yusif Əsəd oğlu İbrahimov eyni istiqamətdə hərəkətdə olan “Toyota” markalı maşınla toqquşub. Qəza zamanı Yusif İbrahimov xəsarət alıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

Qəzanın kimin səhvi ucbatından baş verdiyi araşdırılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir