Ceyhun Bayramov Bakı ilə İrəvan arasında danışıqlar prosesinin müsbət dinamikasını qeyd edib

Siyasət


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakı ilə İrəvan arasında danışıqlar prosesinin müsbət dinamikasını qeyd edib.

XİN rəhbəri bu barədə Moskvada rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli görüşündə bəyan edib.

Qeyd edək ki, daha sonra Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da görüş keçirəcək, ardınca isə üçtərəfli danışıqlar baş tutacaq.

Nazirlər Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə müzakirələr aparacaqlar.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir