Günnüt əməliyyatından 5 il keçir

Siyasət


Günnüt əməliyyatının başlamasından 5 il keçir.

Oxu.Az xatırladır ki, 2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçib.

Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələnib, qarşıya qoyulan məqsədə nail olunub.

“Qızılqaya” və “Qaraqaya” dağlarında, Dərələyəz mahalının Arpa  kəndində  və Mehridərə vadisində düşmən fəaliyyəti tam olaraq nəzarət altına götürülüb.

Ümumilikdə 11 min hektara yaxın əraziyə, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin də azad edilməsi ilə düşmən ərazisindən keçən İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna birbaşa nəzarət etmək imkanı yaranıb.

Qeyd edək ki, Günnüt əməliyyatı 2018-ci ilin mayın 20-27-si tarixlərində baş tutub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir