Britaniya müdafiə naziri xəbərdarlıq etdi: Rusiya və Çinlə tammiqyaslı müharibə gözlənilir?

Siyasət


London hesab edir ki, Qərb artıq 2030-cu ilə doğru Rusiya və Çinlə birbaşa tammiqyaslı müharibə təhlükəsi ilə üzləşə bilər.

Bu səbəbdən də bir çox Qərb ölkələri üçün müdafiəyə hazırlıq birinci dərəcəli dövlət vəzifəsinə çevrilib.

Moskva və Pekinlə münaqişə təhlükəsi barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “Financial Times” qəzetinə müsahibəsində bildirib.

“Onilliyin sonuna doğru dünya daha təhlükəli və qeyri-sabit bir yerə çevriləcək və müdafiə sahəsi bizim həyatımızda daha vacib rol oynayacaq. Düşünürəm ki, bütün dünya üzrə bir sıra düşmənlərlə qarşıdurma gözlənilir. Biz hamımız buna hazır olmalıyıq”, – deyə Ben Uolles qeyd edib. O, bununla Londonun illik hərbi xərclərini ÜDM-nin 2,5 faizinə çatdırılması zərurətini əsaslandırmağa çalışıb.

Nazir həmçinin əlavə edib ki, Ukraynanın Rusiya mövqelərinə qarşı gözlənilən əks-hücum əməliyyatı mütləq şəkildə münaqişənin sonlanmasına gətirib çıxaran növbəti təkan olmayacaq.

“Lakin London Ukraynada kütləvi qırğın silahlarının istənilən istifadəsinə cavab vermək üçün tam hazır vəziyyətdə olacaq”, – deyə nazir vurğulayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir