Ukrayna MN: “Ordumuz Baxmutu mühasirəyə alıb, şəhərin bir hissəsinə nəzarəti əlində saxlayır” – FOTO

Dünya


Ukrayna ordusu Baxmutu tam da olmasa mühasirəyə alıb, şəhərin bir hissəsinə nəzarəti əlində saxlayır.

Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar “Telegram” kanalında məlumat yayıb.

O, bildirib ki, rusiyalılar Baxmutu mühasirəyə ala bilməyib və şəhər ətrafındakı hakim yüksəkliklərin bir hissəsini itirib.

“Döyüşçülərimiz şəhərətrafı ərazilərdə irəliləməyə davam edir ki, bu da düşmənin Baxmutda qalmasını çətinləşdirir”, – Malyar vurğulayıb.

Qeyd edək ki, mayın 20-də “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin bəyan edib ki, guya onun muzdluları Baxmutun bütün ərazisinə nəzarət edirlər. Bu məlumat Ukrayna rəsmiləri tərəfindən təkzib olunub.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir