“Qusar” komandası futbol üzrə Region Liqasının finalına yüksəlib.
Oxu.Az xəbər verir ki, şimal təmsilçisi yarımfinalda Şərurun “Arpaçay” klubuna qalib gələrək (1:0), həlledici matçda oynamaq hüququ əldə edib.
Qarşılaşmadan sonra komandanın azarkeşlərindən biri futbolçularla görüşüb. Paltardəyişmə otağına gedən fanat qələbə qolunun müəllifi Tural Cəlilova 100 manat mükafat verib.
Sözügedən görüntülər sosial şəbəkələrdə marağa səbəb olub:
www.RIA24.az