Türkiyə Ali Seçki Şurası mayın 14-də keçirilən prezident seçkilərinin yekun nəticələrini açıqlayıb.
Nəticələrə görə, 24 iyun 2018-ci ildə keçirilən prezident və 27-ci dönəm parlament seçkilərində ölkə üzrə qeydə alınmış seçicilərin sayı 56 milyon 322 min 632 nəfər təşkil edirdisə, mayın 14-də keçirilən son seçkilərdə bu rəqəm artaraq 60 milyon 721 min 745-ə yüksəlib.
Mayın 14-də keçirilən prezident seçkisində qeydə alınmış seçicilərdən 53 milyon 993 min 683 nəfəri səs verib. 2018-ci il iyunun 24-də keçirilən seçkidə daxili seçici siyahılarında qeydə alınan 56 milyon 322 min 632 seçicidən 49 milyon 671 min 344-ü səsverməyə getmişdi.
2018-ci ildə daxili seçkilərdə etibarsız sayılan səslərin sayı 1 milyon 109 min 260 idisə, mayın 14-də keçirilən daxili seçkilərdə bu rəqəm 1 milyon 20 min 749 nəfər təşkil edib.
2018-ci ildə daxili seçkilərdə iştirak nisbəti 88,19 faiz olub, 14 may seçkilərində isə 88,92 faizə yüksəlib.
Həmçinin ölkədaxili seçkilərdə iştirak payı 5 faiz artıb. YSK-nın 2018 və 2023-cü il seçkiləri üzrə ölkə xaricindəki seçki qutularına dair məlumatlarına görə, 2018-ci ildə xaricdə qeydiyyatdan keçmiş 3 milyon 44 min 837 seçicidən 1 milyon 358 min 584-ü səs verməyə gedib. Bu səslərin 17 min 366-sı etibarsız sayılıb.
Mayın 14-də keçirilən seçkilər üzrə xaricdəki seçki qutularına dair məlumata görə, qeydə alınmış 3 milyon 423 min 759 seçicidən 1 milyon 691 min 287-si səs verib.
Beləliklə, 2018-ci il seçkilərində 44,62 faiz olaraq hesablanan xaricdə iştirak nisbəti son seçkidə 49,40 faizə yüksəlib.
Mənbə: Anadolu
www.102info.az