Azərbaycanda kredit portfelinin 46,5 faizini ev təsərrüfatı kreditləri təşkil edir.
2021-ci ilin yanvar ayına olan göstəricilərə əsasən, əhalinin istehlak tələblərini ödəmək üçün 6 milyard 781,7 milyon manat kredit verilib.
2020-ci ilin yanvar ayı ilə müqayisədə istehlak kreditlərinin həcmi 3,2 faiz azalıb.
Növbəti ən çox kredit qoyuluşu edilən sahə isə 17,9 faiz payla 2 milyard 607,3 milyon manat kredit portfelinə sahib ticarət və xidmət sektorudur. Sektor üzrə verilən kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz çox olub.
Daha sonra 6,7 faiz payla 981,6 milyon manat kredit portfeli ilə sənaye və istehsal sektoru və 5,7 faiz payla 832,2 milyon manat kredit portfeli ilə nəqliyyat və rabitə sektoru gəlir.
Yanvar ayının göstəricilərinə görə, energetika, mədənçıxarma, kimya və təbii ehtiyatlar sektoruna kredit qoyuluşu (771 milyon manat) 22,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna qoyulan kreditlər (573 milyon manat) 6,1 faiz, inşaat və tikinti sektoruna qoyulan kreditlər (527,1 milyon manat) 13 faizə qədər, maliyyə sektoruna kredit qoyuluşu (487,8 milyon manat) 43,3 faiz artıb.
Sənaye və istehsal sektoru qoyulan kreditlər 13,8 faiz, nəqliyyat və rabitə sektoru qoyulan kreditlər 29,3 faiz, ictimai təşkilatlara verilən kreditlər (19,2 milyon manat) 2 dəfə, hökumət idarələrinə verilən kreditlər (0,8 milyon manat) 27,3 faiz və digər sektorlara qoyulan kreditlər (cəmi 520,9 milyon manat) 22,1 faiz azalıb.