Məşhur rusiyalı müğənni barda dava saldı – FOTO/VİDEO

Dünya


Rusiyanın məşhur “Zveri” qrupunun solisti və lideri Roman Bilık Samara vilayətindəki barlardan birində dava salıb.

Hadisə Molodoqvardeyskaya küçəsindəki “8bit” adlı barda baş verib. Şahidlərin sözlərinə görə, “Roma Zver” kimi tanınan musiqiçi bara gəldiyi zaman artıq sərxoş halda olub. Daha sonra o, qonaqlardan biri ilə mübahisə etməyə başlayıb. Roman Bilık mübahisə etdiyi şəxsi bayıra çağırıb və təkbətək dalaşmağı tələb edib.

Lakin müğənninin dostları buna imkan verməyiblər. Onlar vəziyyətə müdaxilə etməyə müvəffəq olublar və müğənnini təcili şəkildə bardan aparıblar.

Mənbə: “Baza” “Telegram”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir