Ölmüş elan edilən şəxsin məhkəməsi başlayır

Kriminal


Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak etməkdə təqsirləndirilən Şahin Salayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fərid Namazovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Daha əvvəl mətbuatda yayılan məlumata görə, 2023-cü ilin mart ayında İŞİD terror təşkilatının Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak edən üzvlərindən Şahin Yadigar oğlu Salayevin məhkəmə prosesi keçirilib. Şahin Salayevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işində bir sıra maraqlı məqamlar ortaya çıxıb.

2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ələ keçirilərək Azərbaycana gətirilən, Suriya-İraq ərazisində 10 illik döyüş təcrübəsi olan Şahin Salayev 2016-cı ildə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə xaricdəki silahlı münaqişələr zamanı ölmüş elan olunub.

Hazırda “sənəd üzərində ölmüş” olan Şahin Salayev tutulduğu cinayət işi üzrə həbs tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən hakimin suallarını cavablandırmaqdan imtina edərək dünyəvi dövlətin məhkəmələrini tanımadığını deyib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir