NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina mayın 24-də Gürcüstana səfər edəcək.
O, Tbilisiyə regional tur çərçivəsində yollanır.
NATO-nun xüsusi nümayəndəsi Gürcüstanla yanaşı, Azərbaycana və Ermənistana da səfər edəcək.
Səfərin məqsədi və görüşlərdə müzakirə olunacaq məsələlər barədə Xavyer Kolomina günün ikinci yarısında NATO-nun əlaqə ofisində çıxış edəcək və jurnalistlərin suallarını cavablandıracaq.
Mənbə: 1tv.ge
www.RIA24.az