ABŞ-nin Nyu-Meksiko ştatında evsizlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 48 faiz artıb.
2023-cü ilin yanvarında ştatda bir gecədə aparılan araşdırma təxminən 3 850 insanın küçələrdə yaşadığını göstərib.
Ştatda kirayə evlərin qiymətinin gəlirdən daha sürətlə artmasına diqqət çəkilir.
Rəsmilər bildiriblər ki, evsizlik problemini azaltmaq və əlverişli mənzilləri artırmaq üçün investisiya planı hazırlanır və 50-dən çox ailənin yerləşə biləcəyi 4 300 bina tikilməkdədir.
ABŞ Mənzil və Şəhər İnkişafı Departamentinin 2022-ci il məlumatlarına görə, ölkə daxilində təxminən 582 000 insan küçələrdə yaşayır. Xüsusilə Kaliforniya, Vermont və Oreqon evsizlərin ən çox olduğu ştatlar kimi tanınır.
Mənbə: Anadolu
www.102info.az