Azərbaycan Ordusunun ildırım vurması nəticəsində vəfat edən əsgər Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.
“Qanunvericiliyə əsasən, xidmət vaxtı ildırım vurması nəticəsində vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək”, – qurumdan bildirilib.
www.RIA24.az