Azərbaycanda küçüklərlə analarının gözü qarşısında kobud rəftar edən şəxs tapıldı – VİDEO

Kriminal


Azərbaycanda küçüklərə qarşı amansız rəftar edən şəxs müəyyən olunub. 

Oxu.Az-ın məlumatına görə, hadisə Biləsuvar rayonunda baş verib. 

Həmin şəxs rayon sakini İsmayıl Şəmizadədir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, itin balaları ilə kobud rəftar edən şəxs artıq müəyyən olunub:

“Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, bu cür hal baş verdikdə İnzibati Xətalar Məcəlləsinin 274-cü (heyvanlarla rəhmsiz rəftar edilməsi) maddəsi üzrə protokol tərtib edilir və həmin şəxs 500 manat məbləğində cərimələnir. 

Xatırladaq ki, ötən gün Azərbaycanda küçüklərə qarşı amansız rəftarın görüntüləri yayılıb. 

Görüntülərdə əlində çubuq olan şəxs yeni balalayan itin gözləri qarşısında onun balaları ilə kobud rəftar edir.  

Heyvana qarşı bu cür dəhşətli münasibət sosial şəbəkə istifadəçilərinin ciddi narazılığına səbəb olub.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir