12 yaşlı azərbaycanlı qız Fransada çempion oldu – FOTO

Dünya


Əslən Azərbaycandan olan fransalı gimnast Leyli Monbarbyu “ASB Bezye” klubunun heyətində bədii gimnastika üzrə Fransa çempionatının qalibi olub.

12 yaşlı idmançı Burq-en-Bresdə keçirilən birincilikdə bu uğura nail olub.

2011-ci ildə Parisdə anadan olan Leyli əslən Şuşadan olan sənət xadimi Təranə Allahverdiyevanın qızıdır. Valideynləri ona üç ad qoyublar: Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına ehtiram əlaməti olaraq Leyli, laçınlı nənəsinin şərəfinə Luoiza və anasının doğma şəhərinə sevgi əlaməti olaraq Şuşa. Leylinin atası isə fransızdır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir