SOCAR: “Bakı Enerji Forumunda ilk dəfə olaraq “Zero Waste” proqramı tətbiq olunacaq” – FOTO

Siyasət


“Bakı Enerji Forumunda qaldırılacaq mühüm mövzular sırasına xalis sıfır emissiya, “Zero Waste” (Sıfır Tullantı) proqramı da daxil edilib”.

“Report”un məlumatına görə, bunu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Orxan Hüseynov Bakı Enerji Həftəsi ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan “Zero Waste” proqramı həm də ilk dəfə forum çərçivəsində tətbiq olunacaq:

“Bu məqsədlə, tədbir zamanı çap vasitələrindən istifadə minimuma endirilərək, elektron vasitələrə üstünlük veriləcək və beynəlxalq “Zero Food Waste” təşəbbüsünə əsasən, qidadan optimal istifadə prinsipi tətbiq olunacaq”.

O.Hüseynov bildirib ki, bu il təşkil olunacaq Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın Naxçıvan şəhərində mühüm mövzuları əhatə edən sessiyalar keçiriləcək: “Heydər Əliyev ili” kontekstində ulu öndərin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiya şəhərin tarixi əhəmiyyətini əks etdirəcək. Bundan başqa, dövlət səviyyəsində Naxçıvanı yaşıl enerji zonasına çevirmək planlaşdırılır”.

SOCAR-ın mətbuat katibi qeyd edib ki, “Naxçıvan və Şərqi Zəngəzurun bərpa olunan enerji potensialı” mövzusunda sessiyanın təşkil edilməsi böyük əhəmiyyət kəsb edir:

“Naxçıvan şəhərində keçiriləcək tədbir çərçivəsində panel iclaslarından əlavə olaraq mədəni proqram – Naxçıvan şəhər turu və konsert proqramı da baş tutacaq”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir