Niderlandlı yazıçı Qarabağdan bəhs edən kitabını tamamlamaq üzrədir

Dünya


“Ümid edirəm ki, bir gün Niderland hökuməti Xocalı soyqırımını və Ermənistanın törətdiyi bütün digər hərbi cinayətləri tanıyacaq”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında niderlandlı yazıçı, Qarabağdan bəhs edən kitabın müəllifi Henri Van Rens deyib.

O, kitabı tamamlamaq üzrə olduğunu bildirib:

“Niderlandda çox az adam Qarabağdakı vəziyyət haqqında xəbərdardır, buna görə də bu barədə kitab yazmaq qərarına gəldim. Bu, qalın, təxminən 400 səhifəlik kitab olacaq”.

Henri Van Rens kitabı Birinci və İkinci Qarabağ müharibələrinin qurbanlarının xatirəsinə həsr edəcəyini söyləyib.

Yazıçı Ağdamda “Mina Təhlükəsi ilə Mübarizə – Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransın əhəmiyyətini qeyd edib.

“Bu gün yüzlərlə insan təcrübə mübadiləsi aparmaq üçün buraya toplaşıb. Bu konfrans Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki vəziyyət haqqında məlumatları bütün dünyaya yaymaq baxımından çox faydalıdır”, – Henri Van Rens bildirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir