İranda qaşqay türk fəalı həbs edildi – FOTO

Dünya


İranın Şiraz şəhərinin Sədra bölgəsində yaşayan qaşqay türklərinin fəalı Əbülfəz Kərəmi Yadkuri Kəşkuli həbs edilib.  

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, Kəşkuli mayın 23-də İran təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Bununla bağlı qaşqay fəalları xəbər veriblər. Təhlükəsizlik qüvvələri Əbülfəz Kərəminin evinə hücum ediblər. Fəalı həbs etdikdən sonra onun evində axtarış aparılıb və ona məxsus şəxsi əşyalar müsadirə edilib.

Fəalın hara aparıldığı və nədə günahlandırıldığı açıqlanmayıb.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir