Türkiyədə ahıl kişi parklanma qaydalarını pozmuş gənci cəzalandırmaq istədi, reanimasiyalıq oldu – VİDEO

Dünya


Türkiyənin Balıkesir vilayətinin Bandırma rayonunda sürücü 86 yaşlı qocaya ağır xəsarət yetirib.

Hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Ahıl şəxs parklanma qaydalarını pozmuş nəqliyyat vasitəsinin fotosunu çəkərək sürücüyə öz etirazını bildirib.

Lakin sürücü yaşlı şəxsin etirazına çılğın reaksiya verərək sükan arxasından enib və onu itələyib.

Yıxılan yaşlı kişi huşunu itirib.

Xəsarət alan piyada ətrafdakıların köməyi ilə xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır olaraq qiymətləndirirlər.

Mənbə: İHA

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir