Türkiyə seçicilərinin 54%-i prezident seçkilərinin mayın 28-də keçiriləcək II turunda hazırkı Prezident Rəcəb Tayyip Ərdoğanı dəstəkləyəcək.
Bu nəticəyə “Özdəmir” Araşdırma Mərkəzinin 18-22 may tarixində keçirdiyi rəy sorğusunda 6 min respondentin cavabları əsasında gəlinib. Sorğuda iştirak edənlərin 54.12%-i R.T.Ərdoğanı, 45.88%-i isə CHP sədri Kamal Kılıçdaroğlunu dəstəkləyib.
Qeyd edək ki, “Özdəmir” seçkilərin I turunda səs faizlərini ən dəqiq müəyyən edən araşdırma mərkəzi olaraq yadda qalıb. Bu mərkəz R.T.Ərdoğanın 48.4%, K.Kılıçdaroğlunun isə 45.2% səs alacağını açıqlamışdı ki, elə nəticələrdə də bu müvafiq olaraq özünü 49.52 və 44.88% olaraq göstərdi.
“SONER” Araşdırma Mərkəzinin rəhbəri Hakan Bayrakçı da II turla bağlı proqnozlarını açıqlayıb və bildirib ki, Sinan Oğanın 5.17% səsinin 4.1%-ni R.T.Ərdoğan toplayacaq:
“Yəni nəticə çox da dəyişməyəcək. K.Kılıçdaroğlunun I turda aldığı 45% səs də özünün deyil. Bunun 10%-i HDP, 25%-i CHP, 10%-i İYİ partiyanındır. Səs verənlərin 10%-i tərəddüd içində olanlar idi. 10%-i isə mərkəz-sağ seçicisidir. Bu seçicilər II turda səs verməyə də bilər”.
Daha ətraflı Baku TV-nin süjetində:
www.102info.az