Kürdəmirdə gənc qız intihara cəhd edib.
“Qafqazinfo” xəbər verir ki, rayon sakini, 1994-cü il təvəllüdlü Ş.Şükürova (şərti soyadlı) dəmiryolu stansiyası ərazisindəki qülləyə çıxıb.
Hündürlüyü 30 metrə çatan qülləyə qalxan qız özünü atacağını bildirib.
Hadisə yerinə toplaşan şəxslər dərhal polisə və xilasedicilərə müraciət ediblər.
Aparılan psixoloji söhbətlərdən sonra 29 yaşlı qızı fikrindən daşındırmaq mümkün olub.
Hadisə ilə bağlı araşdırma aparılır.
www.102info.az