“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında iyunun 1-də Moldovanın paytaxtı Kişineuda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək görüş zamanı sülh sazişi imzalana bilər”.
Bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva xarici jurnalistlərə açıqlamasında deyib.
“Ümid edirik ki, iyunun 1-də Kişineuda, nəhayət, sülh müqaviləsi imzalanacaq. Bu fürsəti qaçırmaq olmaz”, – diplomat vurğulayıb.
14:38
Bakı və İrəvan yaxın bir neçə gün ərzində sülh sazişi imzalaya bilər.
Bu barədə “Reuters” Azərbaycan səfirinə istinadən xəbər verib.
Tərəflər arasında razılığa iyunun 1-də Kişineuda (Moldova) Avropa Siyasi Birliyinin sammiti zamanı gəlinəcəyi düşünülür.
www.RIA24.az