Gürcüstan prezidenti ölkəyə gələn rusiyalılar üçün təcili qanuni məhdudiyyətlər tətbiq etməyə çağırdı

Dünya


Gürcüstan Prezidenti Salome Zurabişvili Müstəqillik Günü ilə bağlı tədbirdə hökuməti Rusiya ilə birbaşa uçuşları bərpa etdiyi üçün tənqid edib.

O hesab edir ki, ölkəyə gələn rusiyalılar üçün qanuni məhdudiyyətlər tətbiq etmək lazımdır.

“Bu gün qeyd etdiyimiz müstəqillik vətəndaşlarımızı qorumaq deməkdir. Dövlətçilik ölkənin qayda və qanunlarla idarə olunması deməkdir. Bu, dövlətin yanaşmasıdır ki, hamıya şamil edilməlidir”, – deyə Gürcüstan lideri bildirib.

Zurabişvili ölkəyə kütləvi şəkildə gələn rusiyalılar və onların xüsusilə səhiyyə, təhsil kimi sahələrdə fəaliyyəti ilə bağlı heç bir tədbir görülməməsinə və hüquqi tənzimləmə tətbiq olunmamasına təəccübünü bildirib.

Prezidentin sözlərinə görə, Gürcüstanın siyasəti getdikcə Avropa perspektivindən təcrid olunur.

Mənbə: Svobodnaya Pressa

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir