Cənubi Koreyanın “Asiana Airlines” aviaşirkətinə məxsus təyyarənin qapısı Tequ şəhərinin hava limanına enməzdən əvvəl açılıb.
Hadisə vaxtı təyyarənin göyərtəsində 194 sərnişin olub.
Aeroport rəhbərliyi hadisə nəticəsində təyyarədə olan sərnişinlərdən heç kimin xəsarət almadığını açıqlayıb.
Polis insidentlə əlaqədar göyərtədə olan 30 yaşlı kişini saxlayıb.
İddia olunur ki, o, təyyarənin qapısını qəsdən sındırıb.
Mənbə: RİA Novosti “Telegram” kanalı
www.102info.az