“Liverpul”un Çempionlar Liqasının yeni mövsümündən kənar qalması komandanın hücumçusu Məhəmməd Salahı məyus edib.
Misirli forvard bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“Tamamilə məhv oldum. Bunun heç bir bəhanəsi ola bilməz. Gələn il Çempionlar Liqasına qatılmaq üçün hər cür imkanlara malik idik, amma uğursuz olduq. Biz “Liverpul”uq və bu turnirə vəsiqə qazanmaq minimum hədəfdir. Azarkeşlərin əhvalını yaxşılaşdırmaq üçün söz tapa bilmirəm. Özümüzü və onları məyus etdik”, – Salah yazıb.
Qeyd edək ki, Premyer Liqanın 32-ci turundan təxirə salınmış matçda “Mançester Yunayted”in “Çelsi”ni məğlub etməsindən (4:1) sonra “Liverpul”un növbəti mövsüm Çempionlar Liqasında olmayacağı dəqiqləşib.
www.102info.az