Prezident: “Bəyanatda qeyd olunan məsələlərin həlli müsbət istiqamətdə gedir”

Siyasət

“Noyabrın 10-da imzalanmış bəyanatda göstərilən əsas məsələlərdən biri Ağdam, Kəlbəcər və Laçın rayonlarının bizə qaytarılması idi. Buna nail olduq. Dekabrın 1-i tarixində bu bölgələr bizə qayıtdı. Eyni zamanda bəyanatda göstərilən digər məsələlərlə bağlı hesab edirəm ki, tutarlı addımlar atılır. Bəzi məsələlər təbii olaraq, hələ ki, icra edilmir. Onlar üçün müəyyən zaman lazımdır. Prinsip etibarı ilə hesab edirəm ki, məsələ müsbət istiqamətdə gedir”. 

Bu sözləri Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib:

“Azərbaycan Prezidenti olaraq bildirirəm ki, Azərbaycan tərəfindən hər hansı aqressiv addım atılmayacaq. Biz bunu heç vaxt etməmişik və bu gün buna ehtiyac yoxdur!

Bəzi məsələlər var ki, onlar 10 noyabr bəyanatında öz əksini tapmayıb. Amma ondan sonrakı dövrdə razılaşdırılıb. Bu məsələlərin bir qismi icra edilir, digər qismi isə hələ ki, icra edilmir. Rusiya sülhməramlıları əcnəbi vətəndaşların ərazilərimizə buraxılmaması üçün o qədər də ciddi addımlar atmır. Bu bizi narahat edir. Bu narahatlığı da biz Rusiya tərəfinə çatdırırıq. Əminəm ki, vaxt keçdikcə bu məsələlər də tənzimlənəcək. 

Bir şeyi də unutmamalıyıq ki, 10 noyabrdan sonra dünyada və bölgəmizdə yeni durum yaranıb. Biz bu vəziyyətə uyğunlaşmalıyıq. Hər bir ölkə buna öyrəşməlidir. Burada həm logistik, həm texniki, həm nəqliyyat, eyni zamanda psixoloji problemlər var. Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur. Ancaq hər şeyin öz vaxtı, öz yeri var. Biz addım-addım öz hədəfimizə çata bilmişik və 44 gün ərzində mümkün olmayanı gerçəyə çevirmişik. 

Hesab edirəm ki, müharibə dövründə və müharibədən sonra mümkün olan maksimum nəticəni əldə etdik”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir