İlham Əliyev Ukrayna-Azərbaycan əməkdaşlığından danışdı

Siyasət

“Azərbaycan hərbi sənayesini yaradanda Ukrayna müəssisələri bizə çox kömək etmişdi”.

Oxu.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev keçirdiyi onlayn mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın hərbi məhsullarının istehsalı Ukrayna şirkətləri ilə birgə həyata keçirilib.

İlham Əliyev qeyd edib ki, Ukraynanın hərbi-texniki kompleksi inkişaf yolunu keçir və Azərbaycanda da vəziyyət belədir.

“Bu istiqamətdə əməkdaşlıq üçün imkanlar var. Amma açıq deyəcəyəm, bu günə olan məlumata görə, konkret layihələrə və təkliflərə gəldikdə, nə Ukrayna, nə də Azərbaycan tərəfindən belə bir təşəbbüs olub. Bəlkə də hələ bunun vaxtı çatmayıb”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir