Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri Əbdüləli bəy Əmircanovun Parisdə yaşayan nəvəsi Alev Sisbü ilə görüşüb.
Bu barədə diplomat “Twitter”də yazıb.
“Azərbaycan Demokratik Respublikası dövründə maliyyə naziri, parlamentin üzvü olan Əbdüləli bəy Əmircanovun hazırda Parisdə yaşayan nəvəsi Alev Sisbü ilə çox maraqlı görüşümüz oldu. Azərbaycanımızın müstəqilliyi uğrunda mübarizə aparan bütün soydaşlarımızın ruhu şad olsun!”, – o qeyd edib.
Qeyd edək ki, Alev Ebuzziya Sisbü heykəltəraş, keramika və şüşə dizayneridir. O, 1987-ci ildən bəri Parisdə yaşayır. Onun əsərləri dünyanın ən məşhur muzeylərində sərgilənir.
Azərbaycan Demokratik Respublikası dövründə maliyyə naziri, parlamentin üzvü olan Əbdüləli bəy Əmircanovun hazırda Parisdə yaşayan nəvəsi Alev Siesbye ilə çox maraqlı görüşümüz oldu.
Azərbaycanımızın 🇦🇿 müstəqilliyi uğrunda mübarizə aparan bütün soydaşlarımızın ruhu şad olsun! pic.twitter.com/YmSFVyz4um
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) May 26, 2023
www.RIA24.az