Türkiyə parlamentinə yeni sədr seçiləcək

Dünya

Türkiyə qanunvericiliyinə uyğun olaraq 27-ci çağırış Böyük Millət Məclisinə ikinci dövr üçün yenidən sədr seçiləcək. Parlamentin hazırki sədri Mustafa Şentop yenidən parlamentin rəhbərliyi uğrunda mübarizə aparacaq.
27-ci çağırış parlamentinin ikinci dövründə sədrlik uğrunda dörd namizəd mübarizə aparacaq. Parlamentdə təmsil olunan Milliyyətçi Hərəkat Partiyası (MHP) öz namizədini irəli sürməyib. MHP hakim Ədalət və İnkişaf Partiyasının namizədi Mustafa Şentopu dəstəkləyəcək. Bu razılaşma Mustafa Şentopun sədr seçilmək şansını daha da artırır.
Qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə, parlament sədi iki il müddətinə seçilir. İyulun 6-da Mustafa Şentopun parlament sədri kimi səlahiyyət müddəti başa çatır. Yeni sədrin seçkisi isə iyulun 7-də olacaq.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir