İsmayıllı rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Unikal”ın məlumatına görə, İsmayıllı şəhərində hərəkətdə olan 10-SP-093 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı minik avtomobili yolu keçən 1984-cü il təvəllüdlü Mətanət İntiqam qızı Həmidovanı və onun övladı 2013-cü il təvəllüdlü Gülay Samir qızı Kərimlini vurub.
Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


www.102info.az