Həştərxandan İranın Əmirabad limanına gedən “Port Olya-2” motorlu gəmisi mayın 27-də Volqa-Xəzər Dəniz Gəmiçiliyi Kanalında saya oturduqdan sonra mayın 28-də dayaz yerdən çıxarılaraq yenidən suya salınıb.
Bu barədə bazar günü jurnalistlərə Həştərxan vilayəti üzrə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, gəmi yedəyə alınaraq təhlükəsiz yerə aparılıb və kanalda dünəndən bəri dayandırılan naviqasiya tam bərpa olunub.
Xatırladaq ki, “Port Olya-2” gəmisinin göyərtəsində 14 ekipaj üzvü var.
Mənbə: TASS
www.102info.az