Sabirabadda avtomobil elektrik dirəyinə çırpıldı: Xəsarət alanlar var

Cəmiyyət


Sabirabadda, H.Əliyev prospektində avtomobilin elektrik dirəyinə çırpılması nəticəsində 2 nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində sürücü (şəxsiyyəti dəqiqləşdirilir – red.) və sərnişin, Saatlı rayonunun Cəfərxan kənd sakini, 1971-ci il təvəllüdlü Fəxrəndə Bəxtiyar qızı Ağamalıyeva xəsarət alıblar.

F.Ağamalıyeva Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir