Tarsus-Adana-Qaziantep avtomobil yolunda 5 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 2 nəfər həyatını itirib, 20 nəfər yaralanıb.
İddialara görə, idarəetmədən çıxaraq baryerlərə çırpılan yük maşını daha sonra digər 2 yük maşını, yüngül ticarət avtomobili və kənd təsərrüfatı işçilərini daşıyan xidməti nəqliyyat vasitəsilə toqquşub.
Hadisə yerinə çox sayda sağlamlıq, xilasetmə və polis qrupları cəlb olunub.
Yaralılar təcili yardım maşınları ilə Qaziantepdəki müxtəlif xəstəxanalara aparılıb və onlara tibbi yardım göstərilib.
Magistral yol 4 saat ərzində nəqliyyatın hərəkəti üçün tamamilə bağlanıb. Yolda kilometrlərlə tıxac yaranıb.
Hazırda qəzanın səbəbləri və detalları araşdırılır.
Mənbə: Haber Global
www.102info.az