Bakının Yasamal rayonu ərazisində xuliqanlıq hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, dünən saat 16 radələrində Kənar Dairəvi yol 8-in qarşısında naməlum şəxs “BakuBus” MMC-yə məxsus olan və 211 saylı xətt üzrə hərəkət edən 99-JU-264 dövlət qeydiyyat nişanlı avtobusun şüşəsini daşla sındırıb.
Daha sonra həmin şəxs hadisə yerindən uzaqlaşıb. Xuliqanlıq hadisəsi ilə bağlı polisə müraciət edilib.
Hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
www.102info.az