Akademik Rus Dram Teatrının heyətini Şəkiyə aparan avtobusun qəza törətməsi ilə bağlı açıqlama verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, bu gün səhər saat 10 radələrində Şəki şəhəri B.Vahabzadə küçəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının heyətini daşıyan avtobusun sürücüsü manevretmə qaydasını pozduğu üçün avtonəqliyyat vasitəsi ağaca dəyib və və nəticədə 2 yan şüşəsi sınıb.
Qeyd edək ki, hadisə baş verən zaman avtobusda sərnişin olmayıb və sürücü də hər hanısa bir xəsarət almayıb.
14:18
Akademik Rus Dram Teatrının heyəti Şəkiyə yola düşüb.
Olay.az-ın əldə etdiyi məlumata görə, onlar Şəki Dövlət Dram Teatrının səhnəsində “Ya, tı, on i telefon” (Mən, sən, o və telefon) tamaşasını oynamaq üçün bölgəyə yollanıblar.
Lakin gözlənilməz qəza baş verib. Truppanı Şəkiyə aparan avtobusun dəmir konstruksiyaya ilişməsi nəticəsində bir tərəfində olan pəncərələri sınıb.
Xoşbəxtlikdən bu zaman teatrın aktyorları avtobusdan enmək üçün qapı tərəfdə olublar. Onlardan xəsarət alan olmayıb.
www.RIA24.az