Fevralın 6-da Kahramanmaraşda baş verən və 11 bölgəni təsir altına alan zəlzələdən sonra afterşoklar hələ də davam edir.
Bu barədə Kandilli Rəsədxanasının direktoru Haluk Özener məlumat verib.
Onun sözlərinə görə, təkcə mayın 29-da saat 03:00-a zəlzələ ilə bağlı 28 990 hesablama aparılıb.
“Son bir həftədə 855 zəlzələ baş verib. Bölgədə zəlzələlərin sayında azalma müşahidə olunur”, – deyə o qeyd edib.
Həmçinin Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Zəlzələ və risklərin azaldılması üzrə baş direktoru Orhan Tatar 6 fevraldan sonra təxminən 38 min afterşokun olduğunu bildirib.
Mənbə: Haber Global
www.102info.az