Artur Xaçikyan: “ABŞ-nin maraqları Azərbaycanda cəmləşib, Qarabağdakı ermənilərə heç bir təminat verilməyəcək”

Siyasət


“ABŞ Dövlət Departamentinin Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamaları ilə bağlı mövqeyi onu göstərir ki, ABŞ tərəfinin nöqteyi-nəzərində Qarabağın öz müqəddəratını təyin etmək hüququ yoxdur və Qarabağ ermənilərinə heç bir təminat verilməyəcək”.

Bu fikri Ermənistan mediasına müsahibəsində beynəlxalq politoloq, Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib.

O əlavə edib ki, ABŞ-nin maraqları Azərbaycanda cəmləşib, müvafiq olaraq Bakı, Ankara və Təl-Əviv Vaşinqtonun müttəfiqləridir.

A.Xaçikyan xatırladıb ki, bu gün ABŞ və Avropa bəyan edir ki, Azərbaycan onların etibarlı tərəfdaşıdır.

Beynəlxalq münasibətlər üzrə ekspertin fikrincə, ermənilər bu gün üçüncü və ya dördüncü kateqoriyadan olan dövlət vətəndaşı kimi rəftara layiqdirlər.

“Qoy təəccüb etməsinlər ki, bütün dünya cəmiyyətimizin və dövlətimizin ağılsız davranışına gülür. Bizi tam iflasa uğratdılar, diplomatiyamız həm Rusiyada, həm də Qərbdə məğlub oldu, indi heç kimə lazım deyilik”, – ekspert bildirib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir